Ayətullah Sistani Kabildə qızlar məktəbinə edilən terror hücumunu kəskin şəkildə qınadı

Ayətullah Sistani Kabildə qızlar məktəbinə edilən terror hücumunu kəskin şəkildə qınadı

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, İraq şiələrinin ali dini mərcəsi Ayətullah Seyyid Əli Sistani, Kabildə “Seyyid əş-Şuhada” orta məktəbinə edilən terror hücumunu kəskin şəkildə qınayan və məzlum Əfqanıstan xalqına və qurbanların ailələrinə başsağlığı bildirən bir bəyanat verib.

Bəyanatın bir hissəsində deyilir: “Mübarək Ramazan ayında Kabildəki Seyyid əş-Şuhada” orta məktəbinin çox sayda qız şagirdini qanına qəltan edən və onlarla nəfərin şəhid olması və bir çoxlarının yaralanması ilə nəticələnən dəhşətli cinayət hər bir azad və vicdanlı insanın ürəyini ağrıdaraq kədərlə doludur.”

Ayətullah Sistani, Əfqanıstandakı mövcud çətin vəziyyətə və ekstremist qrupların güc qazanma ehtimalını görə ölkədəki bütün etnik qrupları və millətləri milli birlik və həmrəyliyə dəvət edərək, hökuməti, milli və dini liderləri, əfqan cəmiyyətinin böyüklərini, bu terror qruplarının cinayətlərinə qarşı mülki insanlara, xüsusilə etnik və dini azlıqlara dəstək verməyə çağırdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × four =