Ayətullah Xamenei: 1400-cü il ölkə üçün fürsətlər ilidir

Ayətullah Xamenei: 1400-cü il ölkə üçün fürsətlər ilidir

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Ayətullah əl-üzma Seyyid Əli Xamenei Novruz bayramı münasibətilə etdiyi çıxışında yeni ili fürsətlər ili hesab etmişdir.

Ayətullah Xamenei, qarşıdakı seçkilərin olması və  başladılan “istehsal sıçrayışı” kompaniyasının  çiçəklənməsi üçün uyğun bir zəmin yaranması səbəbiylə 1400-cü ili həssas və əhəmiyyətli bir il adlandıraraq deyib: “1400-ci il prezident seçkiləri və çox güman enerjili və güclü motivasiyaya malik yeni idarəçiliyin iş başına gəlməsi bu ili ölkənin gələcəyi üçün çox vacib, həssas və təsirli bir hala gətirib.”

İslam İnqilabının Ali Rəhbəri belə qeyd edib: “1399-cu il-  “istehsal sıçrayışı” ilində ölkədə müsbət addımlar  atıldı və bu yeni il bunun daha da çiçəklənməsi üçün yaxşı bir fürsətdir.”

Ayətullah Xamenei həmçinin bildirib: “Həm mövcud hökumət, həm də gələcək hökumət istehsala və onun maneələrinin aradan qaldırmasına hərtərəfli; hüquqi, dövlət və hökumət dəstəyi göstərməklə bu il istehsal sıçrayışının həqiqi mənada reallaşması üçün çalışmalıdır.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nine − eight =