Ayətullah Xamenei ABŞ və Britaniyanın Covid-19 peyvəndlərinin ölkəyə gətirilməsini qadağan edib

Ayətullah Xamenei ABŞ və Britaniyanın Covid-19 peyvəndlərinin ölkəyə gətirilməsini qadağan edib

“Öz mütəxəssislərimzin ərsəyə gətirdiyi peyvəndlərlə fəxr etmək lazımdır. Bu ölkəmizin fəxri və başucalığıdır. Bunu inkar etmək olmaz. Amerika və Britaniya peyvəndlərinin ölkəyə gətirilməsi qadağandır. Əgər onlar bacarsaydılar özləri üçün bir peyvənd ərsəyə gətirərdilər.”

SalamNews İSNA-a istinadla xəbər verir ki, bunu İranın İslam İnqilabının ali lideri Ayətullah Seyid Əli Xamenei deyib.

Ayətullah Xamenei bu gün etdiyi çıxışında bir sıra daxili və beynəlxalq məsələrə münasibət bildirib. O, ölkədə istehsal edilən koronavirus peyvəndləri barədə, eləcə də, hökumətin xaricdən idxal etmək istədiyi peyvəndlər barədə fikrini açıqlayıb.

ABŞ və Britaniyadan koronavirus peyvəndlərinin idxalının qadağan olduğunu deyən Ayətullah Xamenei, Fransa istehsalı olan peyvəndlərə də etibar etmədiyini açıqlayıb.

“Əgər onlar peyvənd istehsal edə bilsəydilər, əgər onların Pfizer şirkəti vaksen ərsəyə gətirə bilsəydi, edərdilər. Onlar bunu etsəydilər, 24 saat ərzində 4 min ölüm halı olmazdı. Bu Britaniya peyvəndlərinə də aiddir. Əlbəttə mən Fransanın işinə də etibar etmirəm”, deyə Ayətullah Xamenei ölkədə əistehsal edilən koronavirus peyvəndinin fəxr və başucalığı olduğunu bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eight − seven =