Ayətullah Xamenei İmam Xomeyni ilə bağlı danışdı

Ayətullah Xamenei İmam Xomeyni ilə bağlı danışdı

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, İİR-nın Ali Dini Lideri  İnqilabın banisi İmam Xomeyninin(r.ə) vəfatının ildönümü ilə əlaqədar televiziyada canlı çıxış edib.

Ayətullah Xameneinin bu çıxışının bəzi hissələrini diqqətinizə çatdırırıq:

-Son bir-iki əsrdə formalaşan inqilabi hökümətlər arasında, İslam Respublikası qədər tənəzzülə uğraması proqnozlaşdırılan bir hökümətə rast gəlməmişəm.

– İnqilabın ilk günündən bədxahlar və bu möhtəşəm hadisəni həm ölkə daxilində, həm də xaricində həzm edə bilməyənlər, İslam Respublikasının iki ay, altı ay və ya bir ildən çox davam etməyəcəyini söyləyirdilər.

– Böyük İmamın əzmkarlığı və qətiyyəti və İran millətinin səkkiz illik müharibədəki böyük qələbələri, bu iddiaları azaltdı. Bu iddialar, demək olar ki, İmamın ömrünün sonlarında bitmişdi.

 -Ulu İmamımızın ən böyük işi, bu İslam Respublikası nəzəriyyəsini yaratmaq və onu müxtəlif Şərq və Qərb siyasi nəzəriyyələrinin mövcud olduğu bir dövrdə siyasi nəzəriyyələr meydanına gətirmək idi.

– Sadəcə bir nəzəriyyə yaratmaq deyildi və İmam onu həyata keçirdi və İslam Respublikası sistemini yaratdı.

-Bu nəzəriyyənin təməli və reallaşmasının əsas amili onun İslamı dərindən bilməsi idi. O, İslamı dərk edirdi və İslam hakimiyətinin İslam dininin əsas mesajı olmasını yaxşı bilirdi. Həmçinin xalqa olan dərin inancı bunun digər amillərindən biri idi.

-Bu ölkənin İslam dəyərlər ilə idarə olunmasına dair İslamın hakimiyyətinə inadla qarşı çıxanlar var idi. Xalqa inam və din haqqında dərin maarifinə istinad etməklə İmam Xomeyni Allaha təvəkkül edərək, müqavimət göstərdi. Bu nəzəriyyəni irəli sürdü və bu böyük yeniliyi həyata keçirdi.

-İnqilabdan əvvəlki dövrü görməmiş siz gənclər üçün o dövrü dərk etmək çətindir. Biz o dövrdə yaşamışıq. Xalq heç bir haqqa sahib deyildilər. Xüsusilə Pəhləvi zülmünün son iyirmi-otuz illik qaranlıq günlərini görmüşük. İmam sürətli addımlarla insanları meydana gətirdi. Xalq özünə inandı və İmam ümmətin qabiliyyəti və iradəsinin böyük tutumundan istifadə edərək, onu öz rəhbərliyi ilə böyük işlər görə biləcək bir mərhələyə gətirib çıxartdı.

-İmamın qəbul etdiyi İslam, imperializmə, Amerikaya, ölkənin daxili işlərinə xarici müdaxilə ilə müxalif olan İslamdır. Düşmən qarşısında dizə çökməyən İslam! İmamın inandığı İslam fəsadla mübarizə edən İslamdır!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

16 + seventeen =