Ayətullah Xamenei Məbəs günü münasibətilə çıxış edib

Ayətullah Xamenei Məbəs günü münasibətilə çıxış edib

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, İran İslam İnqilabının Ali Rəhbəri Həzrət İmam Xamenei (muddə zilluh) mübarək Məbəs günü münasibətilə televiziya ilə canlı çıxış edib.

Ayətullah Xamenei çıxışının əvvəlində bu mübarək gün münasibətilə bütün İslam ümmətini təbrik edərək buyurub: “Belə bir gündə Həzrət Peyğəmbərin (s) müqəddəs qəlbi ən dəyərli ilahi əmanətin, yəni ilahi vəhyin məkanı oldu və bəşəriyyətin hidayəti olan varlıq aləminin ən ağır məsuliyyəti o Həzrətin qüdrətli çiyinlərinə qoyuldu.”

Həmçinin qeyd edib ki, bütün peyğəmbərlərin seçilmələrində ilahi hədəflər olmuş və təbii olaraq Peyğəmbərin(s) hədəfi ilahi əmrlərə itaət etmək idi. Bütün bu hədəflərin başında isə tövhid durur. Həmçinin insanların təlimi, ədalətin bərpası. Təbii ki, insan cəmiyyəti ədalətlə idarə olunur. Bütün bunlar peyğəmbərlərin besətinin əsas hədəflərindəndir.

Ali Dini Rəhbər buyurub ki, ikinci məsələ siyasi hakimiyyətdir. Yəni bütün bu hədəfləri yalnız insanlara tövsiyələr verməklə kifayətlənən bir şəxs həyata keçirə bilməzdi. Bunun üçün qüdrət lazımdır. Beləliklə, siyasi bir sistem ortaya çıxmalıdır. Əsl hədəf də elə budur.

O, həmçinin qeyd edib ki, buna görə də nəzər salsaq görərik ki, belə geniş baxışa sahib olan din insan həyatı məcmuəsinin bir rəhbəridir. Yəni, din ictimai bir proqramdır, fərdi yox.  Bəziləri dinin şəxsi məsələlərlə əlaqəli olduğunu və digər mövzuların dinin xaricində olduğunu düşünürlər.

Həzrət Ayətullah Xamenei İslam İnqilabına da toxunaraq əlavə edib ki, İranda Böyük İslam İnqilabı müasir dövrdə besət mövzusunu yeniləyib. İmam Xomeyni(r) İslamın hərtərəfli olduğunu praktikada göstərməyi bacardı və dinin unudulmuş ictimai və siyasi yönlərini diriltdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × 4 =