Ayətullah Xamenei Qurban və Qədir-Xum bayramı münasibətilə bəzi məhkumların əfvi və ya cəzasının yüngülləşdirilməsinə razılıq verib
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Ayətullah Xamenei müqəddəs Qurban və Qədir-Xum bayramları münasibətilə bir sıra məhkumların əfv edilməsi və ya cəzalarının yüngülləşdirilməsinə razılıq verib.
İslam İnqilabının Rəhbəri müqəddəs Qurban və Qədir-Xum bayramlarının gəlişi münasibətilə mühakimə olunanlardan iki min iki yüz yetmiş iki nəfərin (2272) əfv edilməsi və ya cəzasının yüngülləşdirilməsi barədə razılığa gəlib.
Höccətül-İslam vəl-müslimin Möhsini Ajei İslam İnqilabının Rəhbərinə ünvanladığı məktubda Əfv Komissiyası tərəfindən sözügedən məhkumların işlərinin araşdırıldığını və onların əfv edilməsini və ya cəzasının yüngülləşdirilməsini təklif edib. Konstitusiyanın 110-cu maddəsinin 11 bəndi əsas tutularaq Ayətullah Xamenei tərəfindən bu təklif qəbul edilmişdir.