Ayətullah Xameneinin Ərbəin ilə bağlı fikirləri
Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Tehran Universiteti ilə (tələbə heyətlərinin toplaşdığı yer) İmam Xomeyni hüseyniyyəsi arasında yaradılan video bağlantı vasitəsi ilə İran İslam İnqilabının Ali Rəhbərinin iştirakı ilə Ərbəin mərasimi qeyd edilib.
Bu mərasimdə Ayətullah Xamenei qısa bir çıxışında Aşura günündən Ərbəinə qədər olan zamanı İslam tarixinin ən əhəmiyyətli dövrlərindən biri adlandıraraq deyib: “Əgər Aşura günü əziz və nəcib canların mübarizəsinin və fədakarlıqlarının zirvəsi idisə, ondan sonrakı 40 gün təbliğ və həqiqətlərin ifşası yolunda cihadın zirvəsi idi. İmam Səccad (ə), Həzrət Zeynəb (ə) və Ümmü Külsümün (ə) bu cihadı və Peyğəmbər (s) ailəsinin fövqəladə səbri bu fədakarlığı tamamladı və Kərbəla qiyamını əbədi etdi.”
İnqilabın Ali Rəhbəri, düşmənlərin İran xalqına qarşı müxtəlif üsul və vasitələrlə ictimai rəyə təsir etmək üçün apardıqları təbliğat hücumundan bəhs edərək, bu aydınlatma hərəkatını təbliğat hücumlarının zərərsizləşdirilməsi kimi xarakterizə edərək belə əlavə edib: “Millətin ürəyinin meyvələri və ölkənin həqiqi ümid yeri olan siz əziz tələbələr həqiqətləri aydınlatmaq məsələsinə əhəmiyyət verərək, hər biriniz bir çıraq kimi ətrafınızı nurlandırın və şübhələri həll edin.”