Ayətullah Xameneinin müşaviri: Bölgələrin Azərbaycana qayıtması böyük müvəffəqiyyətdir və buna görə onları təbrik edirik

Ayətullah Xameneinin müşaviri: Bölgələrin Azərbaycana qayıtması böyük müvəffəqiyyətdir və buna görə onları təbrik edirik

“İranın İslam İnqilabının ali lideri bundan öncə çıxışında bildirdi ki, işğal edilən ərazilər gərək Azərbaycana qaytarılsın. İndi bu bölgənin Azərbaycan Respublikasına qayıtması ki, böyük müvəffəqiyyət hesab edilir, buna görə onları təbrik edirik.”

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bunu Ayətullah Xameneinin beynəlxalq məsələlər üzrə müşaviri Əli-Əkbər Vilayəti Tehran Azad İslam Universitetində Qarabağla bağlı keçirilən onlayn konfransda çıxışı zamanı deyib.

Əli-Əkbər vilayəti bildirib ki, işğal edilən ətrazilərin Azərbaycana qayıtması böyük müvəffəqiyyətdir.

O deyib:

“İşğal edilən şəhərlər azad edilməli idi. İndi Azərbaycan xalqı bu işi gördü. Biz onları təbrik edirik. Çünki biz, Azərbaycan Respublikası ilə tarixi və mədəni qardaşlıq və dostluq əlaqələrinə sahibik.”

O həmçinin, Ayətullah Xameneinin bu savaş fonunda beynəlxalq sərhədlərin toxunulmaz qalmasının vacibliyi barədə dediklərinə diqqət çəkib və bildirib ki, qonşu ölkələrdə təhlükəsizlik olmadan İranda da təhlükəsizlik hökm sürməz.

Ə.Vilayəti, əlavə edib ki, “digər ölkələrdən Qarabağ döyüşlərinə terrorçuların cəlb edilməsi” məsələsi yolverilməzdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × four =