Ayətullah Xameneinin nümayəndəsi: İran Dağlıq Qarabağın tam azad olunmasını arzulayır

Ayətullah Xameneinin nümayəndəsi: İran Dağlıq Qarabağın tam azad olunmasını arzulayır

İran son qələbələr münasibəti ilə Azərbaycan xalqını təbrik edir və Dağlıq Qarabağın tam azad olunmasını arzulayır.

Az.shafaqna.com-un məlumatına görə, bunu İranın dini liderinin Ərdəbil vilayəti üzrə nümayəndəsi Ayətullah Seyid Həsən Amili deyib.

S.H.Amilinin sözlərinə görə, işğal olunmuş ərazilərin azad olunması tam şəkildə qanuni və dini tələblərə uyğundur:
“Allahdan 1 milyon qaçqının Qarabağa, öz ərazilərinə qayıtması, Qarabağ cəbhəsində haqq müdafiəçilərinə sağlamlıq və bu qiymətli müdafiənin şəhidlərinə rəhmət diləyirəm”.

Məlumatı Azərbaycanın Trend İnformasiya Agentliyi yayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × 5 =