Ayətullah Xameneinin sünni və şiələr barəsində son açıqlamarı Taliban tərəfindən müsbət qarşılandı

Ayətullah Xameneinin sünni və şiələr barəsində son açıqlamarı Taliban tərəfindən müsbət qarşılandı

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, vəhdət həftəsi və şiə-sünni vəhdətinin vurğulandığı bir zamanda Taliban İran İslam İnqilabı rəhbəri Ayətullah əl-üzma Xameneinin Əfqanıstanda şiə və sünni birliyi ilə bağlı son açıqlamalarını müsbət qarşılayıb.

Talibanın siyasi bürosunun sözçüsü Məhəmməd Nəim öz Tvitter səhifəsində yazıb: “Taliban Əfqanıstanda sünnilər və şiələr arasında daha güclü birliyə çağıran İran İslam Respublikasının lideri Ayətullah Əli Xameneinin sözlərini müsbət qarşılayır”.

O, əlavə edib: “İnşallah, düşmənlərin şiə və sünni vəhdətini pozmaq üçün hazırladıqları fitnə nakam qalacaq.”

slam İnqilabının Ali Məqamlı Rəhbəri bundan öncə Əfqanıstanda baş verən partlayışların şiə-sünni arasında fikir ayrılığı salmağın nəticəsi olduğunu bildirmişdi.

O, həmçinin deyib: “Bizim İslam Respublikasında müsəlmanların birliyinə təkid etməyimizin səbəbi odur ki, bu gün müsəlman firqələri- şiələr və sünnilər arasında ixtilaflar yaratmaq üçün davamlı cəhdlər var. Baxın, Amerika siyasi ədəbiyyatında bir neçə ildir ki, sünni və şiə olmaq məsələsi gündəmə gətirilir. Onlar şiə və sünni məsələsindən əl çəkmirlər, halbuki onlar ümumiyyətlə İslamla müxalif və ona düşməndirlər.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twelve − five =