Ayətullahül-üzma Şeyx Behcətin Məhərrəm ayı və İmam Hüseynlə (ə) bağlı bəzi kəlamları

Ayətullahül-üzma Şeyx Behcətin Məhərrəm ayı və İmam Hüseynlə (ə) bağlı bəzi kəlamları

Ayətullahül-üzma Məhəmməd Təqi Behcət, Məhərrəm ayında əzadarlıq məclislərinin keçirilməsinə böyük önəm verərdi. Uzun illər İmam Hüseynə (ə) əza məclisləri onun şəxsi evində keçirildi. O, mömin alim heyətin qonaqlarını hörmətlə qarşılayar, camaatla keçirdiyi ümumi görüşlərində dəfələrlə vurğulayardı ki, Uca Allaha ibadətdə və Əhli-beytə (ə) bağlılıqda ixlas, səmimiyyət və təvazökarlığa riayət olunmalıdır ki, inşallah Həzrət Haqq tərəfindən qəbul olunsun.

Bu böyük arifin, dəyərli alimin Məhərrəm ayı və İmam Hüseynlə (ə) bağlı bəzi kəlamlarını diqqətinizə çatdırırıq.

İmam Hüseynin (ə) dəvəti və möhlət verməsi

Hərəkətinin əvvəlində İmam Hüseyn (ə) insanları yardıma və Allahın dininə dəvət etdi. O cümlədən, Abdullah bin Ömərin yanına bir adam göndərərək ona dedi: “Allahı düşünün və dəvətimizi qəbul edin.”

Amma Aşura gecəsi hər kəsi könüllü olaraq və öz seçimləri ilə səadət və şəhadət yolunu seçməkdə azad qoydu və onlara dedi: “Mənə beyətinizdə azadsınız, gecənin qaranlığından istifadə edin və gedin. Çünki onların məni öldürməkdən başqa bir şey istəkləri yoxdur.”

Həzrət Əmirəl-möminin (ə) də Siffeyn döyüşündə Müaviyəyə belə dedi: “Sən və mən bir -birimizlə savaşırıq, gəl özümüz döyüşək və müsəlmanların qanının tökülməsinə razı olmayaq.”

Şimr Seyidüş-şühədanı (ə) öldürülməsinə peşman deyildi!

Həzrət Əba Abdullahın (s) öldürülməsindən sonra Lənətlənmiş Şimrin sözlərindən peşmançılıq çəkməməsi bəlli olur. Hətta öz işini çirkin belə hesab etmirdi!

“Biz sərkərdələrimizə itaət etdik”, deyərdi. Ancaq bunu bilmirdi ki, “Yalnız yaxşı işlərdə başqalarına itaət edilməlidir.”

Qövmünə xeyirxah olan bir İmamın öldürülməsi…

Mümkündürmü ki, biz də pak imamları (ə) hərraca qoyaraq sataq? Bu iş mümkündür? Aşağı qiymətə yox əlbəttə. Aşağı qiymətə satmağımız mümkün deyil. Lənətlənmiş Ömər Səd də pulsuz satmadı! Nə qədər çalışdı ki, Rey mülkündən əl götürsün, amma bunu bacarmadı. İbn Səddən daha xəbis olan Şimr isə heç bir vədə almadan belə satdı və İmamı qətlə yetirdi…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × 3 =