Ayda qəza: Hadisənin təfərrüatları

Yaponiyanın Hakuto-R M2 kosmik modulu həddindən artıq sürət səbəbiylə Aya eniş cəhdi zamanı qəzaya uğrayıb.
Qurğu Bakı vaxtı ilə dünən saat 23:17-də Ayın şimal hissəsinə enməli, beş kiloqramlıq Tenacious mini fotometrini və elmi tədqiqatların aparılması üçün zəruri olan avadanlığı Yerin təbii peykinin səthinə çatdırmalı idi.
Bu, Yapon şirkəti üçün ikinci uğursuz Ay missiyasıdır. 2023-cü ilin aprelində Hakuto-R M1 cihazı da Ay səthinə enərkən qəzaya uğramışdı.