Ayda vulkan püskürməsinin izləri aşkar edildi

Ayda vulkan püskürməsinin izləri aşkar edildi

Publika.az xəbər verir ki, bu barədə Çin Elmlər Akademiyası nəzdində Milli Kosmik Elmlər Mərkəzi məlumat yayıb.

Tədqiqatçılar Aydakı torpaq nümunələrini araşdırarkən, Çin kosmik gəmisinin Aya endiyi ərazidə vulkan püskürmələrinin baş verdiyini aşkar ediblər.

Alimlərin fikrincə, qurğunun eniş yerində vulkanik fəaliyyətin intensivləşməsi təxminən 2 milyard il əvvəl baş verib.

Onlar həmçinin qeyd ediblər ki, əldə edilən məlumatlar Ayda vulkanik fəaliyyətin miqyasını öyrənmək üçün mühüm sübutdur. (Oxu.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

13 + 12 =