Ayzenkut: Netanyahu yalnız siyasi və şəxsi maraqlarını düşünür

Ayzenkut: Netanyahu yalnız siyasi və şəxsi maraqlarını düşünür

 Sionist rejim Müharibə Şurasının keçmiş naziri Qadi Ayzenkut baş nazir Benyamin Netanyahunun yalnız öz siyasi və şəxsi maraqlarını düşündüyünü və onun tezliklə dəyişdirilməsinin vacibliyini vurğulayıb.

Əl Aləm telekanalının məlumatına əsasən, əvvəllər Benyamin Netanyahu və onun fəaliyyətini tənqid edən Qadi Ayzenkut dəfələrlə verdiyi açıqlamalarda bu rejimin baş nazirinin şəxsi maraqlarına uyğun siyasətlər qəbul etdiyini diqqət mərkəzinə çəkib. O, Netanyahunun qərarlarının mütləq İsrailin xeyrinə olmadığını vurğulayıb.

O, həmçinin bəyan edib ki, Netanyahunun elan etdiyi müharibə məqsədlərinə nail ola bilmədi, HƏMAS-ı məhv etməyi bacarmadı və İsrailli girovların geri qaytarılmasında səhlənkarlıq etdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × 3 =