Azərbaycan avarçəkəni: “Avropa çempionatında 9-cu yer ən yaxşı nəticələrimdəndir”

Azərbaycan avarçəkəni: “Avropa çempionatında 9-cu yer ən yaxşı nəticələrimdəndir”

“Avropa çempionatından yenicə qayıtmışam. Mənim üçün çox çətin yarış oldu. 9-cu yeri tutmaqla, ən yaxşı nailiyyətlərimdən birinə imza atdım”.

“Report”un məlumatına görə, bunu Azərbaycan avarçəkəni Ziya Məmmədzadə Belçikanın Mexelen şəhəri yaxınlığındakı Hazevinkel bazasında 23 yaşadək akademik avarçəkənlər arasında keçirilmiş Avropa çempionatındakı çıxışı barədə danışarkən deyib.

O, 2023-cü ildən böyüklər arasında yarışlarda mübarizə aparacağını bildirib: “Ümid edirəm ki, orada da yaxşı nəticə göstərəcəyəm. Çünki məşqlərin keyfiyyəti həddindən artıq yüksəkdir. Düzdür, böyüklər arasında yarışmaq asan olmayacaq. Amma bütün çətinliklərin öhdəsindən gələcəyimə ümid edirəm”.

Gənc avarçəkənin sözlərinə görə, yarışlarda uğur qazanmaq üçün intensiv məşqlər keçirlər: “Neftçaladakı toplanış da bizim üçün çox vacibdir. Bu, Azərbaycanda avarçəkmənin inkişafına və bu idman növü ilə məşğul olanların sayının artmasına təkan verəcək. Belədə isə rəqabət güclənəcək ki, bu da bizə nəticə qazanmaqda çox kömək edəcək”.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × four =