Azərbaycan avtomobil idxalını 32% artırıb

Azərbaycan avtomobil idxalını 32% artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycana 318 milyon ABŞ dolları dəyərində 31 220 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 58,65 % və 31,95% çoxdur.

Son 1 ildə sürücü daxil olmaqla 10 nəfər və yaxud daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 28,2 % azalaraq 51 ədəd (4,625 milyon ABŞ dolları dəyərində), əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı isə 56,5 % artaraq 28 840 ədəd (274,301 milyon ABŞ dolları dəyərində) təşkil edib.

Bu avtomobillərin 3 719-u (22,564 milyon ABŞ dolları dəyərində) daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 29-u (1,046 milyon ABŞ dolları dəyərində) isə yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir.

Bu isə birincinin 1 948 ədəd və ya 2,1 dəfə artması, ikincinin isə 52 ədəd yaxud 64,2 % azalması deməkdir.

Bundan əlavə, yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələrinin idxalı 105,2 % artaraq 2 286 ədəd (33,375 milyon ABŞ dolları dəyərində), xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 36,8 % azalaraq 43 ədəd (5,839 milyon ABŞ dolları dəyərində) olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eleven + 5 =