Azərbaycan baş nazirinin müavini İrana rəsmi səfərə gedəcək

Azərbaycan baş nazirinin müavini İrana rəsmi səfərə gedəcək

Azərbaycan Respublikasının baş nazirinin müavini cari həftə İrana rəsmi səfərə gedəcək.

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə açıqlama verib.

S.Xətibzadə bu gün İran XİN-də keçirilən mətbuat konfransında bildirib ki, Azərbaycan Respublikasının baş nazirinin müavini Şahin Mustafayev cari həftə İrana rəsmi səfərə gələcək.

İran XİN sözçüsü bildirib ki, bu səfər cari həftənin çərşənbə günü baş tutacaq.

Qeyd edək ki, iki həftə öncə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Tehrana səfər edərək, bu ölkənin prezidenti, XİN rəhbəri, parlament sədri və Milli təhlükəsizlik ali şurasının sədri ilə görüşmüşdü.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × two =