Azərbaycan boksçusu Avropa çempionu olub
Azərbaycan boksçusu Nicat Hüseynov Avropa çempionu adını qazanıb.
BAKU.WS xəbər verir ki, Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, o, bu titula Xorvatiyanın Poreç şəhərində keçirilən 22 yaşadək boksçular arasında qitə birinciliyində yiyələnib.
51 kq çəki dərəcəsində mübarizə aparan dünya və Avropa birinciliklərinin mükafatçısı finalda gürcüstanlı Lekso Xasayadan güclü olub. Boksçumuz rəqibini 5:0 (30:28, 29:28, 30:27, 29:28, 29:27) hesabı ilə məğlub edərək qızıl medala layiq görülüb.
BAKU.WS