Azərbaycan BRICS-ə daxil olmaq üçün rəsmi müraciət edib

Azərbaycan Respublikası hökuməti BRİKS qrupuna qoşulmaq üçün rəsmi müraciət edib.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə ölkəsinin BRİKS-ə üzvlük üçün rəsmi müraciət etdiyini açıqlayıb.
Azərbaycanın dövlət KİV-ləri Xarici İşlər Nazirliyinin bu yüksək rütbəli rəsmisinə istinadən bildirib ki, Bakı BRİKS-ə qoşulmaq üçün rəsmi müraciət edib.
Bakının BRİKS-ə qoşulmaq arzusu ilk dəfə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə Toplantısı çərçivəsində Azərbaycan Respublikası və Çinin birgə strateji bəyanatında elan edilib.
Sankt-Peterburqda keçirilən 10-cu BRİKS Parlament Assambleyasının ümumi sessiyasında Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova da ölkəsinin BRİKS-in tamhüquqlu üzvü olmaq istədiyini bildirib.