“Azərbaycan bu gün şərə qarşı İsraillə çiyin-çiyinə dayanır”

“Azərbaycan bu gün şərə qarşı İsraillə çiyin-çiyinə dayanır”

Sionist İsrail rejiminin keçmiş baş ravvini Azərbaycan hakimiyyətini yəhudilərə göstərdiyi xidmətlərinə görə alqışlayıb.

İsrailin keçmiş baş ravvini Yisrael Meir Lau şübhəli Holokost qurbanlarının anım günü ilə bağlı Strasburqda Avropa Şurası Parlament Assambleyasında keçirilən mərasimdə çıxış edərək deyib: “Bu gün mən İsrailin köhnə dostu olan bir ölkəni qeyd etmək istəyirəm: Bu, yəhudi xalqı və İsraillə sıx əlaqələr saxlayan, əksəriyyəti müsəlman olan Azərbaycandır. Azərbaycan bu gün İsraillə şərə qarşı mübarizədə çiyin-çiyinə dayanıb”.

Xatırladaq ki, sionist ravvin bu açıqlaması ilə rəsmi Bakının Qəzzədə törədilmiş tragediyada, fələstinlilərə qarşı soyqırımında iştirakçısı olduğuna işarə etmiş olub. Həmin cinayətlərlə əlaqədar İsrail rəhbərlərinin həbsinə beynəlxalq məhkəmə tərəfindən order verildiyini nəzərə alsaq, ravvin bu açıqlama ilə Azərbaycanı faktiki olaraq müttəhim kürsüsündə oturdub.

Keçmiş baş ravvin həmçinin Holokost zamanı 55 mindən çox yəhudinin qırğından qaçaraq guya Azərbaycana sığındığını iddia edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

12 + 4 =