Azərbaycan çempionu 5 əcnəbi oyunçusu ilə yollarını ayırıb

Azərbaycan çempionu 5 əcnəbi oyunçusu ilə yollarını ayırıb

Futzal üzrə Azərbaycan çempionu “Araz-Naxçıvan” 5 oyunçu ilə yollarını ayırıb.

Apasport.az saytı xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, 5 əcnəbi yola salınıb. Bunlar Mikael Deon, Vitinyo, Vitao, David Qustavo və Sinesiodur. Adıçəkilən oyunçularla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, “Araz-Naxçıvan” hazırda Azərbaycan çempionatında 6 turdan sonra 18 xalla turnir cədvəlinə başçılıq edir.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twenty + twenty =