Azərbaycan çempionunun oyunu avrokubok matçına görə təxirə salınıb
“Araz Naxçıvan”ın EKOL-a qarşı keçirməli olduğu futzal üzrə Yüksək Liqanın V tur matçı qeyri-müəyyən vaxta təxirə salınıb.
Federasiyadan verilən məlumata görə, buna səbəb ölkə çempionunun həmin ərəfədə UEFA Çempionlar Liqasının final mərhələsində mübarizəyə başlamasıdır.
Azərbaycan təmsilçisi oktyabrın 28-də həlledici raundda ilk görüşünü keçirəcək. Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv Ukraynada “Uraqan İvano – Frankivsk” klubu ilə qarşılaşacaq. Oktyabrın 28-də oynanılacaq matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Apa