Azərbaycan dövlət büdcəsinin qalığı 50 milyon manata düşüb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan dövlət büdcəsinin gəlirləri 20 234,2 milyon manat, xərcləri isə 20 184,7 milyon manat təşkil edib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 0,1% çox və 2,6% azdır.
Son nəticədə büdcədə 49,5 milyon manat qalıq yaranıb. Xatırladaq ki, yanvar-sentyabr aylarının yekununda büdcə qalığı 159,7 milyon manat olub.
Trend