Azərbaycan-Ermənistan münasibətləri ABŞ Senatında müzakirəyə çıxarılır
ABŞ Senatında Vaşinqtonun Cənubi Qafqaz siyasəti müzakirə ediləcək.
Publika.az xəbər verir ki, Senatın Beynəlxalq Əlaqələr Komitəsi tərəfindən keçiriləcək dinləmələr noyabrın 16-na planlaşdırılır.
Dinləmələrdə dövlət katibinin Avropa və Asiya məsələləri üzrə köməkçisi Kern Donfrid və Dövlət Departamentinin Qafqaz üzrə baş məsləhətçisi Fillip Riker çıxış edəcək.
Gözləntilərə görə, əsas müzakirə mövzusu Azərbaycan-Ermənistan münasibətləri olacaq.
Publika.az