Azərbaycan, Ermənistan və Rusiya XİN rəhbərləri Astanada görüşəcək

Azərbaycan, Ermənistan və Rusiya XİN rəhbərləri Astanada görüşəcək

Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirləri Astanada görüşəcək.

APA xəbər verir ki, bu barədə “Sputnik Armenia” Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vahan Hunanyana istinadən məlumat yayıb.

Mətbuat katibi Ermənistan XİN başçısı Ararat Mirzoyanın MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün oktyabrın 12-14-də Astanada səfərdə olacağını bildirib.

“Astanada Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin görüşü planlaşdırılır”, – o əlavə edib.

Onun sözlərinə görə, görüş Rusiya tərəfinin təşəbbüsü ilə oktyabrın 14-də baş tutacaq.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fifteen − 15 =