Azərbaycan Fələstin dövləti qurulmasının tərəfdarıdır

Oktyabr 18-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının İcraiyyə Komitəsinin nazirlər səviyyəsində keçirilən növbədənkənar iclasında iştirakı çərçivəsində deyib: Biz Şərqi Qüds paytaxtı olmaqla Fələstin dövlətinin qurulmasının tərəfdarıyıq.
Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Ceyhun Bayramov İsrail-Fələstin konfliktinin region təhlükəsizliyinə ciddi zərbələr vura biləcəyini qeyd edərək Azərbaycanın da bu vəziyyətdən nigaran olduğunu bəyan edib.
O Qəzzə zolağında əksəriyyəti qadınlar və uşaqlar olan can tələfatına işarə edərək onlar üçün Allahdan rəhmət, yaralılara isə şəfa diləyib.
Azərbaycan XİN başçısı həmçinin bu münaqişədə sivil insanların təhlükəyə düşməməsi, qeyri-hərbi məkalara köçürülməsi və müqəddəs məkanların da amanda qalmasını vurğulayıb.