Azərbaycan Fransanı baykot edəcək? – DETALLAR

Azərbaycan Fransanı baykot edəcək? – DETALLAR

Bunu Publika.az-a açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

Politoloq bildirib ki, hazırda Azərbaycan mediası çox böyük hücumla Fransanın üzərinə gedir:

“Məsələlər qaldırılır ki, Fransanın Əlcəzairdə törətdiyi soyqırımları açılsın. Yəni bu istiqamətdə bir çox işlər görülür. Daha nə etmək olar? Fransadakı səfirliyimizin bağlanması, səfirin geri çağrılması məsələsi də Milli Məclisdə səslənib. Bu, yeni fikir deyil. Azərbaycan Fransanı baykot elan edə bilər. Biri var, bunu vətəndaşlar edir, biri də var dövlət…

Yəni Fransadan heç nə alınmaması ilə yanaşı, bu ölkəyə heç nə ixrac olunmaması məsələsinə də baxılmalıdır. Doğrudur, Fransa ilə böyük dövriyyəmiz yoxdur. Bununla yanaşı, həmin nüansın özü böyük bir siyasi addımdır. Bundan başqa, Azərbaycanın Xarici İşlər Nazirliyi BMT-nin Təhlükəsizlik Şurasına Fransanın son addımları ilə bağlı müraciət etməlidir. Düzdür, Fransa Təhlükəsizlik Şurasının beş daimi üzvündən biridir. Amma ən azından biz bu məsələləri gündəmə gətirməliyik ki, Fransa özünü tərəfsiz kimi təqdim etməsinə baxmayaraq, tərəf tutur.

Ermənistanla bağlı qeyri-qanuni, qızışdırıcı mövqeyə keçdi. Üstəlik, Senatda qəbul olunan son sənədlə Ermənistanla bağlanacaq sülh müqaviləsinə maneə törətdi. Bu cür məsələlərə görə Azərbaycan parlamenti AŞPA-ya da müraciət ünvanlaya bilər. Yəqin ki, bu kimi məsələləri nəzərə alacaqlar. Bu istiqamətdə Fransaya qarşı çıxışları davam etdirmək lazımdır. Bütün addımları atmışıq, elə bir addım qalmayıb ki, ürəyimizi soyutmaq üçün həmin addımı da ataq”.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 + nineteen =