Azərbaycan hərbçisi Rusiya sülhməramlılarının nəzarətində olan əraziyə keçib – RƏSMİ
Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Babayev Cəmil Natiq oğlu Gəncə hospitalının psixiatriya bölməsini özbaşına tərk edib.
Əsgər C.Babayev haqqında cinayət işi başlanılıb, araşdırma aparılır.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Ehtimal olunur ki, hərbi qulluqçumuz Rusiya sülhməramlılarının nəzarətində olan əraziyə keçib.
Qeyd edək ki, Ermənistan mətbuatında Cəmil Babayevin Rusiya sülhməramlılarının nəzarətində olan Ağdərədə tutulduğu barədə məlumat yayılıb.
Apa