Azərbaycan kakao idxalına çəkdiyi xərci 26 % artırıb

Azərbaycan kakao idxalına çəkdiyi xərci 26 % artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 49,341 milyon ABŞ dolları dəyərində kakao və ondan hazırlanan məhsullar idxal edib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,097 milyon ABŞ dolları (25,7 %) çoxdur.

Yeddi ay ərzində Azərbaycanın kakao və ondan hazırlanan məhsullar ixracının dəyəri isə 2,331 milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 0,323 milyon ABŞ dolları (16,1 %) çoxdur.

Hesabat dövründə kakao və ondan hazırlanan məhsullar üzrə idxal Azərbaycanın ümumi idxalının 0,78 %-ni, ixrac isə ümumi ixracın 0,02 %-ni təşkil edib.

Apa

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

6 + two =