Azərbaycan – Lüksemburq matçının hakimləri açıqlanıb

Azərbaycan – Lüksemburq matçının hakimləri açıqlanıb

Azərbaycan və Lüksemburq milliləri arasında keçiriləcək dünya çempionatının seçmə oyunu üçün hakim təyinatları açıqlanıb. Qarşılaşma avstriyalı hakimlər briqadasına tapşırılıb.

Baş hakim Manuel Şüttenqruberə Roland Brandner və Robert Ştaynaxer yan xətt hakimləri, Yulian Vaynberger dördüncü hakim qismində yardımçı olacaq. Video-köməkçi hakimlər isə Harald Lexner və Sebastyan Gishamer təyin edilib.

Serbiyalı Milan Karaciç hakim-inspektor, ukraynalı Yuri Barbaş FIFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, noyabrın 11-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Lüksemburq matçı saat 21:00-da başlanacaq.

Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × two =