Azərbaycan millisinin futbolçusu “Atletiko”ya qol vurub

Azərbaycan millisinin futbolçusu “Atletiko”ya qol vurub

Cənubi Koreyanın “Tedjon Xana Sitizen” klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Anton Krivotsyuk İspaniyanın “Atletiko” (Madrid) komandasına qol vurub.

“Report”un məlumatına görə, 25 yaşlı müdafiəçi K Liqasının ulduzlarından ibarət kollektivin Madrid təmsilçisi ilə keçirdiyi yoldaşlıq oyununda fərqlənib.

İkinci hissədə meydana daxil olan oyunçu 50-ci dəqiqədə La Liqa klubunun qapısına yol taparaq komandasının ilk qolunun müəllifi olub.

Qeyd edək ki, görüş cənubi koreyalıların 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

9 − five =