Azərbaycan millisinin hücumçusu Ukraynada rəmzi komandaya düşüb
Futbol üzrə Ukrayna Premyer Liqasında VI turun rəmzi komandası açıqlanıb.
Ən yaxşı “11-lik”də “Minay”da çıxış edən Azərbaycan millisinin hücumçusu Rüstəm Əhmədzadə də yer alıb.
21 yaşlı forvard evdə “Şaxtyor”la 1:1 hesablı heç-heçə etdikləri matçın 76-cı dəqiqəsində fərqlənərək, komandasını məğlubiyyətdən xilas edib. O, qonaqların futbolçusu Marlonun qırmızı vərəqə ilə meydandan qovulmasında da yaxından iştirak edib.
Qeyd edək ki, 5 turdan sonra 5 xalı olan “Minay” 16 komanda arasında 12-ci pillədə qərarlaşıb.
Report