Azərbaycan MN ABŞ,Aİ və Fransanı ittihamlandırıb

Azərbaycan MN ABŞ,Aİ və Fransanı ittihamlandırıb

Azərbaycan Respublikası Müdafiə Nazirliyi ABŞ, Fransa və Avropa İttifaqını Ermənistanı Azərbaycana qarşı təxribatlar törətməyə həvəsləndirməkdə ittiham edib.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi son günlərdə Ermənistanın Kəlbəcər istiqamətində ağır silahlar və Tovuz istiqamətində kvadrokopter tətbiq etdiyini iddia edib.

Müdafiə Naziriyinin bəyanatında deyilir: “Ermənistan tərəfindən bu kimi təxribatların törədilməsi birinci hal deyildir və davamlı xarakter daşıyır. Amerika Birləşmiş Ştatlarının Ermənistanda keçirdiyi hərbi təlimlər, Fransanın Ermənistanı öldürücü silahlarla təchiz etməsi və Avropa İttifaqı tərəfindən “Avropa Sülh Fondu” adı altında Ermənistana ilkin mərhələdə on milyon avro dəyərində hərbi yardımın göstərilməsi işğalçı Ermənistanı bu kimi təxribatlar törətməyə həvəsləndirir və Azərbaycana qarşı növbəti müharibəyə hazırlaşdırılmasına dəlalət edir”.
Azərbaycan Respublikası Müdafiə Nazirliyi Ermənistan və onu himayə edən qərb dövlətlərini Cənubi Qafqaz regionunda yeni müharibə ocağı yaratmaq niyyətində olmaqda ittiham edib və tərəfləri bu niyyətdən çəkinməyə çağırıb. MN qarşı tərəfə xəbərdarlıq da edib: “Ölkəmizə qarşı bu kimi təxribat əməlləri dayandırılmadığı təqdirdə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin arsenalında olan bütün vasitələrdən istifadə etməklə özünü müdafiə məqsədilə lazımi cavab tədbirləri görüləcəkdir”,- bəyanatda deyilir.

Bu bəyanat Azərbaycan Respublikası ilə Ermənistan arasında sülh müqaviləsinin hazırlanması istiqamətində gedən son bir neçə ay ərzindəki prosses dövründə ən sərt bəyanat hesab olunur. 
Hələlik Ermənistan tərəfi Azərbaycanın bu ittihamlarına cavab verməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

7 + 10 =