Azərbaycan nefti bahalaşıb

Azərbaycan nefti bahalaşıb

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 12-də 69,84 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,12 dollar/barel çoxdur.

Bu barədə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 69 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,12 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 66,33 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,19 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 69,29 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,13 dollar/barel çoxdur.

Trend

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × 5 =