Azərbaycan Ordusunun Baş Qərargah rəisinə general-polkovnik rütbəsi verilib
General-leytenant Kərim Tofiq oğlu Vəliyevə “general-polkovnik” ali hərbi rütbəsi verilib.
Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Qeyd edək ki, K.Vəliyev müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisidir.
Trend