Azərbaycan Ordusunun generalı HƏBS EDİLDİ – VİDEO
Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin rəisi Nizami Məmmədov həbs olunub.
Lent.az-ın APA-ya istinadən xəbərinə görə, general-mayor N.Məmmədov Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi üzrə saxlanılıb.
Bakı Hərbi Məhkəməsinin qərarı ilə N.Məmmədov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
İlkin məlumata görə, Nizami Məmmədov 80 milyon 600 min manat mənimsəməkdə təqsirləndirilir.
Lent.az