Azərbaycan Ordusunun kəşfiyyat bölmələri ilə döyüş hazırlığı üzrə məşğələlər keçirilir

Azərbaycan Ordusunun kəşfiyyat bölmələri ilə döyüş hazırlığı üzrə məşğələlər keçirilir

Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq, peşəkarlıq səviyyəsinin artırılması məqsədilə Azərbaycan Ordusunun kəşfiyyat bölmələri ilə müvafiq məşğələlər keçirilir.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Praktiki dərslərdə əsas diqqət Vətən müharibəsində qazanılan təcrübə nəzərə alınmaqla kəşfiyyatçıların gündüz və gecə vaxtı, məhdud görünüş və istənilən hava şəraitində, dağlıq və digər mürəkkəb relyefli ərazilərdə fəaliyyətinin təkmilləşdirilməsinə yönəlib.

Mod.gov.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × 4 =