Azərbaycan Ordusunun şəhid hərbçisi Cəlilabadda dəfn edilib

Azərbaycan Ordusunun şəhid hərbçisi Cəlilabadda dəfn edilib

Azərbaycan Ordusunun şəhid olan müddətdən artıq xidmət edən hərbi qulluqçusu Araz Səmədağa oğlu Cəfərovun nəşi doğulduğu Cəlilabad rayonunun Qarazəncir kəndinə gətirilib.

Az.shafaqna.com “Report”-a istinadən xəbər verir ki, şəhidlə yaşadığı evində vida mərasimi keçirilib.

Mərasimdə şəhidin ailə üzvləri, yaxınları, Cəlilabad Rayon İcra Hakimiyyətinin rəsmiləri, rayon ictimaiyyəti və kənd sakinləri iştirak ediblər. Daha sonra şəhid doğulduğu Qarazəncir kənd qəbiristanlığında dəfn edilib.

Onun tabutuna bükülmüş üçrəngli Azərbaycan bayrağı şəhidin yaxınlarına təqdim edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × 2 =