Azərbaycan Prezidenti İran Prezidentini ölkəsinə səfərə dəvət edib

Azərbaycan Prezidenti İran Prezidentini ölkəsinə səfərə dəvət edib

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev İrana səfəri çərçivəsində fevralın 2-də İran Prezidenti Məsud Pezeşkianla görüşüb.

“Görüşdə Hikmət Hacıyev Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizə səfərə dəvətini İran Prezidentinə çatdırıb”, Azərbaycanın İrandakı səfirliyi X Platformasında qeyd edib.

Dəvətin qəbul edilib-edilməməsi ilə bağlı məlumat verilməyib.

Azərbaycan Prezidentinin köməkçisi fevralın 1-dən İranda səfərdədir. O bu ölkənin prezidenti ilə görüşdən öncə İran Prezidentinin müşaviri Mehdi Sənayi, İranın Xarici Əlaqələr üzrə Strateji Şurasının sədri Kamal Xərrazi, İranın Milli Təhlükəsizlik Şurasının baş katibi Əliəkbər Əhmədianla görüşüb.

İran mediasının məlumatlarına görə, görüşlərdə ikitərəfli əlaqələr və regional əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

İRNA agentliyi isə Hikmət Hacıyevə istinadən bilidirb ki, görüşlərdə hər iki tərəf iki ölkə arasında dostluq və qardaşlığa, bəzi anlaşılmazlıqların aradan qaldırılmasına, hərtərəfli siyasi əlaqələrin genişləndirilməsinə, iqtisadi və özəl sahələrdə mübadilənin artırılmasına doğru hərəkət etməyi vurğulayıb.

Bundan əvvəl, yanvarın 22-də Tehranda “Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının” 16-cı iclası keçirilib.

Komissiyanın iclası zamanı Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti İran prezidenti Məsud Pezeşkian da daxil olmaqla yüksək səviyyələrdə qəbul edilib. Tərəflər strateji tərəfdaşlıq məsələlərinə toxunub, müştərək layihələrin, o cümlədən Şimal-Cənub nəqliyyat dəhlizinin vacib komponenti olan Rəşt-Astara dəmir yolunun, keçid məntəqələrindən yükdaşımaların həcminin artırılmasının vacibliyini vurğulayıb. Həmçinin Azərbaycan, Rusiya və İran nəqliyyat nazirlərinin yanvarın 28-də Moskvada görüşlərinin keçirilməsi razılaşdırılıb.

Azərtac

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

19 + 19 =