Azərbaycan Prezidenti Slovakiyanın baş nazirinə edilən sui-qəsd cəhdini şiddətlə qınayıb

“Slovakiyanın baş naziri Robert Fitsoya edilən sui-qəsd cəhdindən dəhşətə gəldim. Mən bu hücumu şiddətlə qınayıram”.
Bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin “X” səhifəsindəki paylaşımında yer alıb.
Dövlət başçısı slovakiyalı nazirə tezliklə sağalmağı diləyib.