Azərbaycan Qəzzənin idarəçiliyinə qoşulacaqmı?

Azərbaycan Qəzzənin idarəçiliyinə qoşulacaqmı?

Herzliya Fənlərarası Mərkəzin (IDC) nəzdində Beynəlxalq Terrorizmlə Mübarizə İnstitutunun elmi işçisi və Tel-Əviv Universitetinin müəllimi Qəzzənin idarəçiliyinə qoşula biləcək ölkələr haqda açıqlama verib.

  Sionist tədqiqatçı bildirib ki, Azərbaycan nümayəndələri də daxil olmaqla, söhbətlərimdən belə qənaətə gəldim ki, İslam dünyasının nümayəndələrindən və sağlam düşüncəli oyunçularından beynəlxalq administrasiyanın formalaşdırılması məsələsində müəyyən irəliləyiş var.

Azərbaycandakı həmsöhbətlərim mənə dedilər ki, Qəzzədə beynəlxalq idarəçilik formalaşsa, misirlilər, səudiyyəlilər gəlsə, orada olanların olması da mümkündür. Və Qəzzədə əsas idarəetmə funksiyasını kim öz üzərinə götürsə, İsrailə dost ölkələrin də bu prosesə qoşulması mümkündür. Məsələn, Azərbaycan, Qazaxıstan və digər müsəlman dövlətləri kimi ölkələr ola bilər.

Qeyd edək ki, sionist rejimin Qəzzə planının bir parçası Fələstin Müqavimət Cəbhəsini məhv edərək orada sülhməramlılar yerləşdirmək və beləcə öz müttəfiq ölkələri bu anklava çəkməkdir.Lakin məlum olduğu kimi, sionist rejim Qəzzədə hələ heç bir hədəfinə çatmayıb. Və bu absurd fikirlərin özünü doğrultmaq ehtimalı sıfrın altındadır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

sixteen + ten =