Azərbaycan qripə qarşı vaksinlər alır
Azərbaycanın Səhiyyə Nazirliyi qripə qarşı vaksin almaq niyyətindədir.
BAKU.WS xəbər verir ki, bu barədə məlumat dövlət satınalmalarının vahid internet portalında yerləşdirilib.
Bildirilir ki, qurum bu viruslu xəstəliyə qarşı dördvalentli vaksinin alınması üçün tender elan edib.
Tenderə əsasən, birdəfəlik şprislərdə 50 min dozada dərman preparatlarının alınması nəzərdə tutulub. Tenderin nəticələri oktyabrın 31-də elan olunacaq.
Qeyd edək ki, peyvəndlərin satın alınması Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) “Qriplə mübarizəyə dair Qlobal Strategiya 2019-30” strategiyasına uyğun olaraq həyata keçirilir.
BAKU.WS