Azərbaycan Respublikası İranla əlaqələri inkişaf etdirməyə çağırıb

Azərbaycan Respublikası İranla əlaqələri inkişaf etdirməyə çağırıb

Azərbaycan Respublikasının Xarici İşlər naziri iranlı həmkarı ilə telefon danışığında ikitərəfli əlaqələrin inkişaf etdiyini vurğulayıb.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov özünün “Twitter” səhifəsində yazıb ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ilə telefon danışığında ikitərəfli münasibətlərin inkişafı vurğulanıb.

“İranlı həmkarımız (Hüseyn) Əmir Abdullahiyan ilə telefon danışığında ikitərəfli əməkdaşlıq məsələsini müzakirə etdik və münasibətlərin inkişafını, o cümlədən hökumət rəsmilərinin son görüşlərinin mübadiləsini məmnunluqla vurğuladıq” – deyə, o yazıb.

Dünən (cümə) səhər saatlarında İran İslam Respublikasının Xarici İşlər Nazirliyi Əmir Abdullahiyan və Bayramov arasında ikitərəfli əməkdaşlığın inkişafı və regionda baş verən hadisələri müzakirə etmək üçün telefon danışığı apardıqlarını açıqlayıb.

İranın Xarici İşlər naziri bu söhbətdə iki ölkə prezidentlərinin görüşünə, həmçinin İran İslam Respublikasının yollar nazirinin Bakıya səfərinə və Azərbaycan Respublikanın Müdafiə nazirinin İranan səfərinə toxunub. Bunu Azərbaycanın İranla yaxşı münasibətlərinin əlaməti adlandırıb.

İran Prezidenti Rəisinin salamlarını və İlham Əliyevi İrana səfərə dəvətini Prezidentə çatdırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × 4 =