Azərbaycan-Rusiya birgə demarkasiya komissiyasının gələn ilki iş planı təsdiqləndi

Oktyabrın 27-28-də Rusiyanın Pyatiqorsk şəhərində Azərbaycan-Rusiya birgə demarkasiya komissiyasının onuncu iclası keçirilib.
İclasda Azərbaycan və Rusiya arasında dövlət sərhədinin demarkasiyası prosesinin davam etdirilməsi ilə bağlı məsələlər müzakirə edilib, habelə Komissiyanın 2022-ci il üçün iş planı təsdiq edilib.
Tərəflər Azərbaycan-Rusiya birgə demarkasiya komissiyasının 2021-ci il üzrə iş planının tam yerinə yetirildiyini bəyan ediblər. Görüş açıq dialoq və qarşılıqlı anlaşma ruhunda keçib.
Komissiyanın növbəti iclasının Azərbaycan ərazisində keçirilməsi planlaşdırılır. Görüşün tarixləri diplomatik kanallar vasitəsilə razılaşdırılacaq.
Baku.ws