Azərbaycan Rusiyanın Kursk Bölgəsinin əsas idxalçısıdır

Azərbaycan Rusiyanın Kursk Bölgəsinin əsas idxalçısıdır

Bu ilin əvvəlindən Rusiya Baytarlıq və Fitosanatar nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) nəzarəti ilə Oryol və Kursk vilayətlərindən 700 partiyada 22 min tondan çox məhsul ixrac olunub.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 77 % çoxdur.

Məlumata görə, ixracda əsas məhsullar ət və ət məhsulları, eləcə də bitki mənşəli yem qatqılarından ibarət olub.

Hesabat dövründə Kursk vilayətindən Azərbaycan, Hong Kong, Vyetnam, Ukrayna, Serbiya, Rumıniyaya 5 005 ton ət məhsulları ixrac edilib ki, bu da, illik müqayisədə 7 dəfə çoxdur. Bundan başqa, Kursk istehsalçıları xaricə 1 497 ton süd məhsulları, 2 298 ton heyvan mənşəli xammal və bir partiyada baytarlıq dərmanı göndərib. İxrac olunan malların əsas alıcıları isə Avropa İttifaqı, Ukrayna, Hong Kong, Çin, Tayvan, Azərbaycan, Tacikistan, Rumuniya və Avrasiya İqtisadi İttifaqı ölkələri olub.

Həmçinin Kurskdan Avropa İttifaqı ölkələrinə (Litva, Slovakiya, Latviya, Polşa) 5 610 ton dənəvər sellüloz, 7 929 ton günəbaxan unu, 332 ton yem qatqısı göndərilib.

Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 − eighteen =