Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mətbuat konfransı keçirib

Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mətbuat konfransı keçirib

Oktyabrın 5-də Gürcüstanın Kaxeti bölgəsində Azərbaycan, Gürcüstan və Türkiyə Müdafiə nazirlərinin birgə mətbuat konfransı keçirilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akar və Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze bəyanatla mətbuatda çıxış ediblər.

Azərbaycanın müdafiə naziri, general-polkovnik Z.Həsənov ölkələrimizin və xalqlarımızın mehriban qonşuluq və yaxın dostluq münasibətlərinin önəminə toxunub. Gürcüstanda keçirilən üçtərəfli görüşün ölkələrimiz arasında strateji səviyyəli dialoqun bariz nümunəsi olduğunu qeyd edən nazir, birgə təlimlərin üçtərəfli fəaliyyətlərimizin yeni mərhələyə keçməsinə zəmin yaradacağını və nəticədə regional təhlükəsizliyə öz töhfəsini verəcəyini bildirib.

Gürcüstanın müdafiə naziri C.Burçuladze keçirilən görüşün əhəmiyyətini vurğulayaraq, bu ölkənin üçtərəfli münasibətlərin inkişafına xüsusi diqqət yetirdiyini qeyd edib.

Türkiyənin milli müdafiə naziri H.Akar ölkələrimiz arasında mövcud dostluq münasibətlərinin daha da inkişaf edəcəyinə əmin olduğunu bildirib.

Konfransda dövlətlərimiz arasındakı səmimi münasibətlərin və müdafiə sahəsi üzrə üçtərəfli əməkdaşlığın regionda sülh və əmin-amanlığın təminatçısı və nümunəvi tərəfdaşlıq olduğu qeyd edilib.

Sonda media nümayəndələrinin sualları cavablandırılıb.

Mod.gov.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 − eleven =