Azərbaycan Türkiyədən müdafiə və aerokosmik məhsulları alan ölkələr sırasında ikincidir

Azərbaycan Türkiyədən müdafiə və aerokosmik məhsulları alan ölkələr sırasında ikincidir

Türkiyənin Müdafiə və Aerokosmik Sənayesinin 2021-ci ildə ixrac gəlirləri 3 mlrd. 224 mln. 786 min dollar olub.

BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, Azərbaycan qardaş ölkənin idxalçıları arasında ABŞ-dan (1 mlrd. 127 mln. 861 min dollar) sonra ikincidir. Belə ki, ötən il Azərbaycan Türkiyədən dəyəri 202 mln. 221 min dollar olan müdafiə və aerokosmik məhsulları idxal edib.

İlk üçlüyü isə Qətər qapayır. Körfəz ölkəsinin Türkiyədən idxal etdiyi müdafiə və aerokosmik məhsullarının həcmi 180 mln. 547 min dollar dəyərindədir.

BAKU.WS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

6 + eight =