Azərbaycan və Gürcüstan arasında mədəni sahədə əməkdaşlıq müzakirə edilib

Azərbaycan və Gürcüstan arasında mədəni sahədə əməkdaşlıq müzakirə edilib

Heydər Əliyev Fondu ilə Gürcüstan parlamentinin Mədəniyyət Komitəsi arasında əlaqələr müxtəlif layihələr vasitəsi ilə dərinləşdiriləcək.

Bunu Gürcüstan Parlamentinin Mədəniyyət Komitəsinin sədri Eliso Bolkvadza Azərbaycanın bu ölkədəki səfiri Faiq Quliyevlə görüşü zamanı deyib.

O bildirib ki, tərəflər iki ölkə arasında mədəni əlaqələrin yeni dinamikasını, mədəniyyət sahəsində əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

Qeyd olunub ki, həm Azərbaycanda, həm də Gürcüstanda tezliklə maraqlı mədəni tədbirlərin keçirilməsi planlaşdırılır.

Trend

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seventeen − 5 =