Azərbaycan və İranın xarici işlər nazirləri görüşüblər

Azərbaycan və İranın xarici işlər nazirləri görüşüblər

İslamabadda keçirilən İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Toplantısı çərçivəsində İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.

SalamNews xəbər verir ki, görüş zamanı tərəflər münasibətlərin yüksələn xətt üzrə inkişafından məmnunluq ifadə ediblər, həmçinin iki ölkə arasında əməkdaşlıqla bağlı son hadisələri müzakirə ediblər.
Görüş zamanı Azərbaycan Respublikasının xarici işlər naziri İran İslam Respublikasının xarici işlər nazirini yenidən Bakıya səfərə dəvət edib.

SalamNews.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × 1 =