Azərbaycan və Ukrayna XİN rəhbərləri görüşüb
Azərbaycan və Ukrayna XİN rəhbərləri arasında görüş keçirilib.
APA Azərbaycan XİN-ə istinadən xəbər verir ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ukraynanın xarici işlər naziri Andrey Sibiqa BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində sentyabrın 24-də görüşüblər.
Nazirlər Azərbaycan və Ukrayna arasında münasibətlərin siyasi, iqtisadi, enerji, mədəni və humanitar aspektlərini müzakirə ediblər.
Məlumatda bildirilib ki, görüşdə, həmçinin, regionda mövcud vəziyyət və Azərbaycanın COP29-a sədrliyi çərçivəsində əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.